19 Fevral 2025
Kateqoriyasız

“Qarabağ”ın futbolçusu hədələdi: “Bu, “Tvente”yə bir xəbərdarlıqdır”

"Qarabağ" klubunun futbolçusu Leroy Corc  "Tvente" ilə oyun öncəsi Hollandiya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə L.Corc bu fikirləri səsləndirib:

"Tvente"yə qarşı yenidən oynamaq xoşdur. Onlar məndən komandam haqda məlumat verməyimi xahiş etdilər. Lakin mən "Qarabağ" haqda onlara çox məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, beş il öncə ilə müqayisədə hər iki komandada xeyli dəyişikliklər olub. "Qarabağ" 5 il öncə də "Tvente" ilə qarşılaşmışdı. Həmin heyətdən yalnız Vüqar Nadirov, Rəşad Sadıqov, Maksim Medvedyev, Namiq Yusifov, Admir Teli və baş məşqçi Qurban Qurbanov qalıb. "Tvente" bizim Çempionlar Liqasında güclü "Zalsburq" klubuna məğlub olduğumuzu bilir. Lakin biz Avstriya təmsilçisini evdə 2:1 hesabı ilə məğlub etdik. Həmin vaxt stadionda 30 min azarkeş var idi. Rəqib artıq oyundan öncə isinmə zamanı heyrətə gəlmişdi. Düşünürəm ki, azarkeşlərin bugünkü oyunda da rolu böyük olacaq. Bu, "Tvente"yə bir xəbərdarlıqdır".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43