22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın futbolçusu ilk dəfə milliyə çağırıldı

“Qarabağ”ın futbolçuları Patrik Andrade və Leandro Andrade Kabo-Verde millisinə dəvət alıb.

İdmanxeber.az-ın məlumatına görə, hər iki futbolçu Qvadelupa, Lixtenşteyn və San Marino ilə yoxlama oyunları üçün komandaya cəlb edilib.

Leandro Andrade ilk dəfə milli komandadan dəvət alıb. Patrik Andrade isə 2020-ci ildən yığmanın formasını geyinir.

Kabo-Verde millisi martın 23-də Qvadelupa, martın 25-də Lixtenşteyn, martın 28-də isə San Marino ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43