17 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ın futbolçusu millidə növbəti oyununu keçirdi

Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində C qrupunda növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda Mavritaniya millisinə 2:0 hesabı ilə qalib gəlib. “Qarabağ”ın futbolçusu Patrik Andrade də görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.

İki turdan sonra onun komandası üç xalla öz qrupunda 2-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43