“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin zədəsi səbəb olub.
Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, 14-də isə Bakıda Slovakiya kollektivləri ilə qarşılaşacaq.