Kateqoriyasız

“Qarabağ”ın futbolçusu milliyə dəvət olundu

“Qarabağ” klubunun futbolçusu Tərlan Quliyev Azərbaycan milli komandasına dəvət olunub.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, sentyabrın 5-dən etibarən millinin təlim-məşq toplanışında iştirak edəcək.

Xatırladaq ki, millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, 8-ci km qəsəbə stadionunda Bolqarıstan yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43