"Qarabağ" Premyer Liqanın XVI turu çərçivəsində "Neftçi"ni məğlub edərək (3:1) liderliyi "ağ-qaralar"dan geri alıb.
Matçdan sonra Ağdam klubunun Bosniya və Herseqovinadan olan qapıçısı İbrahim Şehiç əlində tutduğu Quranla diqqətimizi çəkdi.
Daim Qurani Kərimi yanında gəzdirən və boş vaxt tapan kimi oxuyan Şehiç matçdan sonra da ənənəsini pozmadı.
İdmanxeber.com-un əməkdaşı isə oyundan sonra açıqlama verərkən belə Qurani Kərimi əlində tutan Şehiçin görüntüsünü sizə təqdim edir.
Qeyd edək ki, bosniyalı qolkiper derbidə forma geyindi və komandasının qələbəsində böyük pay sahibi oldu.