Müsahibə

“Qarabağ”ın futbolçusu qrup mərhələsindəki rəqiblərindən danışdı, “Bakı” ilə matça toxundu: “Yerdə yıxılıb vaxt aparmasaydılar daha yaxşı olardı” – (MÜSAHİBƏ)

"Qarabağ"ın futbolçusu Namiq Ələsgərovun idmanxeber.com saytına müsahibəsi.

– "Bakı" ilə oyunda qələbəni əldən verdiniz. Qələbə qazanmaq üçün nə çatışmadı?

Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Bütün komanda ilə arxada oturmuşdular. 

– Ancaq ilk hisssəni siz qalib qapamışdınız…

Hə, düzdü. İki künc zərbəsi ilə hesabda geri düşdük. Yaxşı ki, sonradna bir qol vura bildik. Məğlub olmaqdansa bir xal da yaxşıdı. "Bakı"nı da təbrik edirəm, yaxşı oynadılar. Ancaq o qədər də yerdə yıxılıb vaxt aparmasaydılar daha yaxşı olardı.

– Avroliqada uğurlu çıxış etsəniz də, daxili arenada hələ də qələbə qazana bilməmisiz. Bunu necə şərh edərdin?

Məncə bu müvəqqətidi. Bizim ehtiyatda bir oyunumuz var. O matçda qalib gəlsək rəqiblərimizə yaxınlaşarıq. Çalışacağıq ki, bu il də çempion olaq.

– Avroliqa demişkən, qrup mərhələsindəki rəqibləriniz də bəlli oldu. Püşkü necə dəyərləndirərdin?

Bizə rəqib olan komandalar hamısı sözünü demiş klublardı. Ancaq biz hər komandaya qarşı mübarizə apara biləcəyimizi rəqiblərimizlə oyunda göstərəcəyik. Məqsədimiz qrupdan çıxmaqdı. İnşAllah bunu bacararıq. 

– Təqvimə əsasən ilk matçı Bakıda, "Sent Etyenn"ə qarşı keçirəcəksiniz.

Bəli, ilk oyundan çox şey asılıdı. Bu oyunda qələbə qazanmaq üçün bizim üçün çox vacibdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43