16 Sentyabr 2024
Ölkə futbolu

Qarabağ”ın futbolçusu zədələndi – 8 ay olmayacaq

“Qarabağ”ın qapıçısı Amin Ramazanov zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, o, məşq prosesində xəsarət alıb. Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.

Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan komandamızın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43