Kateqoriyasız

“Qarabağ”ın futbolçusuna sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 12-ci turunda  baş verənlər müzakirə olunub.

“Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Səbail” – “Sabah” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Colli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43