Kateqoriyasız

“Qarabağ”ın futbolçusunu 4 ölkədən istəyirlər

“Qarabağ”ın futbolçusu Simeon Slavçev komandadan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə Bolqarıstan, Portuqaliya, Polşa, Türkiyə və Rusiya klubları maraqlanır.

“Levski” klubu qış fasiləsində futbolçunu transfer etmək istəyir və ona sərfəli təklif yollayıb. “Qarabağ”ın planlarınd ayer almayan futbolçu qərar verməyə tələsmir.

Slavçev 2018-ci ilin yayında Lissabonun “Sportinq” klubundan “Qarabağ”a keçib. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43