26 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın “Gent” üzərindəki üstünlüyü – STATİSTİKA

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib. “Köhlən atlar” oyunun 51-ci dəqiqəsində penlatidən yararlana bilməyib. Rəqib qapıçı Deyvi Royev Ramil Şeydayevin fərqlənməsinə mane olub.

Gərgin keçən görüşün statistik nəticəsi də maraqlıdır. Topa sahib olmada “Gent” 52 faizlə Ağdam klubundan üstün görünür. Bununla belə, rəqib qapısında yaradılan təhlükəli vəziyyətlərdə isə “Qarabağ” irəlidədir. Təmsilçimiz 14, Belçika klubu isə 7 dəfə qol vəziyyəti yarada bilib.

“Qarabağ” çərçivəyə endirilən dəqiq zərbələrdə də “Gent”dən öndədir.  Belə ki, “Gent” oyun boyu bir dəfə belə qapıya düzgün zərbə vurmayıb. “Köhlən atlar” isə 4 dəfə Deyvi Royevi narahat edib. Künc zərbələrin də vəziyyət fərqli deyil. Qalib tərəf rəqibindən iki dəfə daha çox bunu bacarıb.

Matçda hər iki komanda hərəyə bir dəfə oyundan kənar vəziyyətə düşüblər. “Qarabağ” 9, “Gent” isə 7 dəfə qaydanı pozub. Görüşün baş hakimi Məhəmməd Al-Hakimi oyunda beş dəfə əlini cibinə salıb.

O, üç “sarı” rəqibə, ikisini isə “Qarabağ”ın futbolçuları göstərib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43