Premyer Liqa

“Qarabağ”ın gücü hər kəsə bəllidi” – Ayxan Abbasov

“Milli komandada futbolçularımız var idi. Bəziləri çox yorğun idi. Oyunçu ehtiyatımız az olduğundan onlara istirahət verə bilmədik. “Qarabağ”ın gücü hər kəsə bəllidi. Onlarla oyunda səhv etmək olmaz”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Qarabağ”la oyundan sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“İlk 15-20 dəqiqədə düzgün oynadıq. Təəssüf ki, iki standart vəziyyətdən qol buraxdıq. Bu dəqiqə çempionatda qırğın gedir. Çalışacağıq ki, fasiləyə kimi yaxşı nəticə qazanaq. “Qarabağ”ı “Sumayıt”la müqayisə etmək düzgün deyil. Oyunçuların səviyyəsi ortadadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43