Kateqoriyasız Ölkə futbolu

“Qarabağ”ın hansı nəticə əldə etməsi məni düşündürmür” – Roberto Bordin

“Bizi çətin oyun gözləyəcəyini bilirdik. Meydançanın durumu yaxşı deyildi. Ancaq buna hazır idik”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Keşlə” üzərində qələbə qazanıb – 2:1.

Matçdan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Bir neçə imkanımız olsa da, yararlana bilmirdik. Sonda penaltidən vurduğumuz qol sayəsində qələbə qazandıq. Futbolçularımı təbrik edirəm”.

Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?
– Meydança amili oyunu çətinləşdirirdi. Hər iki komanda üçün top saxlamaq çətin idi. Qələbə qazandığımız üçün sevinirik.

– Mirabdulla Abbasov həvəsiz görünür. Bunun səbəbi nədi?
– Mən belə düşünmürəm. Oyunda olduğu müddətdə komandaya xeyri dəydi. Hətta qol da vura bilərdi.

Necə düşünürsünüz, əsas rəqibiniz “Qarabağ” “Sumqayıt”la oyunda xal itirə bilər?
– Əlbəttə, çempionatın hər bir oyunu çətin keçir. Ancaq mən öz komandam barədə düşünürəm. Qələbəni qeyd etməliyik. “Qarabağ”ın hansı nəticə əldə etməsi məni düşündürmür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43