Kateqoriyasız

“Qarabağ”ın hegemonluğunu davam etdirməsini istəmirik”

“Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo açıqlama verib.

AS nəşrinə danışan ispaniyalı mütəxəssis çempionluğun təsadüfi olmadığını göstərmək noyyətində olduqlarını söyləyib:

“Son illərdə Avropada çıxış etmək “Qarabağ”a daha böyük iqtisadi güc qazandırmışdı, amma bilirdik ki, son oyunda çempion olmaq şansımız var. İtiriləcək bir şeyimiz yox idi və qələbə qazanmaq üçün hər şeyi etdik. Bu il çempionluğun təsadüfi olmadığını göstərmək fikrindəyik. “Qarabağ”ın hegemonluğunu davam etdirməsini istəmirik”.

Karo çempionluq sevinci barədə bunları deyib:

“Qələbəni 4 saat qeyd etdik. Tribunada azarkeş olmadan bunu etmək yaxşı deyildi. Ancaq mahnı oxuduq, şəkilər çəkdirdik. Sonra avtobusa mindik. Maşınımı götürüb evə gedəcəyimi düşünürdüm. Amma Ermənistanla müharibədə şəhid olan əsgərləri yad etmək üçün Şəhidlər Xiyabanına getdik. Bir az qəribə hisslər idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43