Ölkə futbolu

“Qarabağ”ın hər qazanılan 3 xala görə futbolçulara verdiyi “premya”nın dəyəri bizdə! – ÖZƏL

Premyer Liqanın şəriksiz lideri "Qarabağ"ın hər qələbədən sonra futbolçularına verdiyi "premya"nın dəyəri bəlli olub.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ağdam klubu hər qazanılan 3 xala görə futbolçularına 750 avro pul mükafatı verir. Lakin bu rəqəm hər futbolçuya şamil edilmir. Buna misal olaraq Reynaldo, Çümbinyo və Almeyda kimi oyunçuları göstərə bilərik…

Adıçəkilən və komandanın bir neçə aparıcı üzvləri 750 avrodan daha çox alırlar. 

Maraqlısı budur ki, qələbənin hansı klub üzərində olmasından asılı olmayaraq "premya"dakı rəqəm dəyişmir. Yəni autsader "Sumqayıt"ı da yensən 750 avro alırsan, "Neftçi"ni məğlub etsən də eyni pula sahib olursan.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43