“Qarabağ”ın futbolçusu Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az “Fotospor” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu “Fənərbağça” klubuna təklif olunub. Daha öncə sabiq “Neftçi”li Saldanyanı gündəmə alan İstanbul təmsilçisi fikrindən daşına bilər.
Olavio Juninyo bu mövsüm Premyer Liqada 14 qol vurub.