20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın hücumçusu Keynlə eyni siyahıda

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son vuruşlarda daha dəqiq olan futbolçularla bağlı araşdırma aparıb.

İdmanxeber.az-ın məlumatına görə, 65 liqanın əhatə olunduğu siyahıda “Qarabağ”ın hücumçusu Juninyo Olavio da yer alıb. 27 yaşlı braziliyalı forvard 0,219 əmsalla 20-ci pilədə qərarlaşıb.

Siyahıda ilk pillədə “Bavariya” klubunda çıxış edən ingiltərəli Harri Keyn (0,533), “Feyenoord”da forma geyinən Santyaqo Ximenes (0,361) ikinci, “Real” komandasından Jud Bellinqem (0,355) isə üçüncüdür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43