“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarını vurublar.
İdmanxeber.az-ın məlumatına görə, hər iki oyunçu səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matında fərqlənib.
22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb.