Kateqoriyasız

“Qarabağ”ın iki oyununun başlama saatı açıqlandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın sözügedən bölgədə yanvarın 21-i keçirəcəyi 2 yoxlama matçının başlama saatı müəyyənləşib.

İdmamxeber.az xəbər verir ki, Ağdam təmsilçisi  Bakı vaxtı ilə saat 13:30-da Serbiya “Baçka Topola”su, saat 19:00-da isə Polşa “Şlyonsk”u ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Rumıniyanın “Qaz Metan” klubu ilə qolsuz bərabərə qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43