Kateqoriyasız

“Qarabağ”ın ilk rəqibi “Arsenal” oldu

Yeni mövsümün hazırlığına başlayan “Qarabağ”ın yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Rusiya “Arsenal”ı ilə qarşılaşacaq.

Bu barədə Tula təmsilçisinin rəsmi saytı məlumat yayıb. Oyunun Avstriya toplanışı çərçivəsində iyulun 11-də keçiriləcəyi bildirilib. “Arsenal” bundan başqa daha 4 sınaq matçı da planlaşdırır.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43