Ölkə futbolu

“Qarabağ”ın kapitanı əməliyyat olunacaq

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov qasıq nahiyəsindən cərrahi əməliyyat olunacaq. Millimizin müdafiəçisi tibbi müayinədən keçib və həkimlər ona əməliyyatı məsləhət biliblər. Əməliyyatın dəqiq vaxtı məlum deyil. 

Xatırladaq ki, Sadıqov “İnter”lə oyunda zədələnib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43