Kateqoriyasız

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”a qarşı oynamayacaq

“Qarabağ”ın kapitanı Maksim Medvedev Bakıda “Ferentsvaroş”una qarşı keçiriləcək ilk oyununu buraxacaq.

İdmanxeber.az-ın məlumata görə, 33 yaşlı futbolçu zədə səbəbindən bugünkü matçda iştirak edə bilməyəcək. Ağrıları olan təcrübəli müdafiəçinin adı son anda iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43