Kateqoriyasız

“Qarabağ”ın kapitanı özündən çıxdı: “Gələrsən orda cavab verərəm”

"İlk hissədə çətinlik çəkirdik "İnter"in müdafiə xəttini keçməyə. Çünki onlar yaxşı müdafiə olunurdu. Topa nəzarət ilk hissədə bizdə olsa da qol vura bilmirdik. Lakin hesabı açdıqdan sonra artıq öz oyunumuzu oynamağa başladıq".

Bu sözləri idmanxeber.com-a "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.

Ağdam klubunun kapitanı "İnter" üzərindəki qələbəni dəyərləndirərkən daha sonra sözlərinə belə davam edib:

"Biz bu il pis çıxış etmədik. Həm avrokuboklarda, həm də daxili çempionatda yaxşı çıxış etdik. Rəqiblərimiz iddialıdı və gərgin mübarizə gedir. Kim istəməz ki, çempion olsun? Biz də Çempionlar Liqasında çıxış etmək istəyirik".

Rəşad Sadıqov daha sonra əməkdaşımızın Berti Foqtsun postunda daha 2 il qalması və buna onun münasibətinin necə olması ilə bağlı verdiyi suala Ağdam klubunun kapitanı  əsəbi şəkildə cavab verib:

"Mən həmişə Berti Foqtsun qalmasının lehinə olmuşam. Mən bu haqda dəfələrlə açıqlama vermişəm. Sən əgər bu suala tam cavab istəyirsənsə, gələrsən millinin düşərgəsinə orda cavab verərəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43