Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” yoluna Konfrans Liqasında davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə, Konfrans Liqasında pley-off mərhələsinin püşkü noyabrın 7-i atılacaq.
Püşkatma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
“Köhlən atlar” pley-offda “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Lex” (Polşa), “Partizan” (Belqrad), “Dnepr-1” (Ukrayna), “Gent (Belçika), “Bazel” (İsveçrə) və ÇFR (Rumıniya) kimi komandalardan biri ilə qarşılaşacaq.