“Bu uğursuzluğu şişirtmək lazım deyil. Qarşıda hələ çox oyunumuz var. Bu məğlubiyyəti unudub həmin oyunlara hazırlaşmalıyıq. Komandada yorğunluq baxımından da heç bir problem yoxdur. Çünki heyətimiz genişdir. Bütün oyunlara ciddi hazırlaşacağıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın legioneri Vladimir Dmitrovski “Sumqayıt”la oyundna sonra deyib.
Ağdam klubunun yeni legioneri sözlərinə belə davam edib:
“Topa daha çox biz nəzarət edirdik. Amma əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Komandamızın yeganə çatışmazlığı qol vura bilməməsi oldu”.