05 Avqust 2021
Ölkə futbolu

“Qarabağ”ın legioneri: “Güclü komanda olmaq istəyirik”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib.

İmanxeber.az-ın məlumatına görə, kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:

“Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Səlahət Ağayev: “İnter”də qapıçı problemi yoxdur” – Səlahət Ağayev

admin

“Xəzər Lənkəran”ın dərdinin üstünə dərd gəldi

admin

“Xəzər Lənkəran”la oyunöncəsi ciddi problem

admin