Ölkə futbolu

“Qarabağ”ın legioneri: “Həm kubok istəyirik, həm də çempionluq”

“Nəticənin elə olacağını düşünmürdü. “Bakı”nın son oyunlarında göstərdiyi futbol göz qabağındadı. Ancaq Pantiçin dediyi kimi əsas olan meydanda özümüzü göstərməkdi ki, biz bunu bacardıq. Hər oyunda artıq qələbə qazanmaq üçün əlimizdən gələni edirik. Komanda ruhu önəmlidir. Qələbələr gəldikcə özünə güvən də artır”.

Bu sözləri idmanxeber.com-a “Qarabağ”ın futbolçusu Muarrem Muarrem deyib.

Ağdam klubunun makedoniyalı yarımmüdafiəçisi daha sonra kubokda qarşılaşacaqları “Qəbələ” ilə oyuna da toxunub:

“Qəbələ”nin vəziyyəti çşempionatda yaxşı deyil. Ard-arda xal itkilərinə görə, bizimlə oyuna ciddi hazırlaşacaqlar. Düzdü bu mövsüm onlara qarşı oyunlarımızda qələbə qazanmışıq. Ancaq bunlar hamısı geridə qaldı. Bu oyunu düşünüb, qələbə qazanmağa çalışacağıq. Həm kubok istəyirik, həm də çempionluq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43