27 Fevral 2025
Ölkə futbolu

“Qarabağ”ın legioneri qərarını verdi – Qurban Qurbanov istəməsə də…

“Qarabağ” daha bir legioner futbolçusu ilə vidalaşa bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Redon Cicadan gedir. Albaniyalı hücumçu komandadan getmək istəyir. O, Ağdam klubunda az oynamasından narazıdı.

Ötən ay futbolçunun kareyrasını ölkəsində davam etdirə biləcəyi deyilsə də, Cica  “Qarabağ”da qalmışdı. Ancaq onun durumunda dəyişiklik yoxdur. Futbolçu stabil olaraq əsas heyətdə oynaya bilmir. 

Baş məşqçi Qurban Qurbanov onun ayrılmasını istəməsə də, hücumçu bu şərtlərlə “köhlən atlar”da qalmaq istəmir.

O, “Sabah”a qarşı görüşdə oyuna əsas heyətdə başlasa da, 69-cu dəqiqədə əvəzlənməşdi. 

26 yaşlı hücumçu cari mövsüm “Qarabağ”da 12 oyunda çıxış edib. Onun aktivində 3 qol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43