“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.
İdmanxeber.az xəbər verir ki, belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.
Qeyd edək ki, Kabo-Verde yığması sabah Tunislə yoldaşlıq oyunu keçirəcək.
Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.