Kateqoriyasız

“Qarabağ”ın legioneri zədəlidirmi?

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev ölsinin mətbuatlna verdiyi açıqlamada zədəli olmadığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu zədələnərək, 15-20 günlük sıradan çıxması barədə yayılan xəbərləri təkzib edib:

“Bu, doğru deyil. Ötən cümə günü yüngül zədə almışdım. Bu gündən isə tam gücümlə komanda ilə birlikdə məşq edirəm. Azərbaycan mətbuatının bu haqda yazdığı xəbərlər doğru deyil. Milliyə dəvət aldığım üçün sevincliyəm. Komanda yoldaşlarım da vəziyyətimdən xəbərdardırlar. Ötən ilki pis nəticələrə görə bolqar azarkeşlərə özümüzü bağışlatdırmalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb, uğursuz seriyanı qıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43