“Qarabağ”ın əsas komandasının işçisi Çingiz Zeynalov subaylığın daşını atıb.
İdmanxeber.az-ın məlumatına görə, klubun adminstratorunun şad gününə rəsmi əməkdaşlar, məşqçilər və futbolçular qatılıb.
Klubun Sosial Media Meneceri Mehman Əşrəfovun instaqram hesabında paylaşdığı videolar izləyicilərin marağına səbəb olub. Julio Romao, Kevin Medina, Redon Cica, Leandro Andradenin Azərbaycan mahnıları sədasında rəqsi sosial şəbəkədə geniş yayılıb.