“Qarabağ”ın Polşanın “Lex” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar”ın ilk oyunu iyulun 5-də səfərdə olacaq və saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək. Bu oyun saat 20:00-da start götürəcək. Bu barədə Poznan klubunun rəsmi saytı məlumat yayıb.
Bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.