“Qarabağ” sabah 2014-2015 mövsümünün 2-ci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.
İdmanxeber.com-un məlumatına görə, komandanın 20 günlük istirahəti başa çatır. Komanda Bakı – İstanbul – Antalya reysiylə qardaş ölkəyə hərəkət edəcək. `Qarabağ` qardaş ölkədə 21 gün təlim-məşq toplanışında olacaq, Fevralın 1-də Bakıya dönəcək. Təlim-məşq toplanışı müddətində `Qarabağ` Belek bölgəsindəki `İC Santai` otelində məskunlaşacaq. Təlim-məşq toplanışı çərçivəsində komanda 6 yoxlama maçında gücünü sınayacaq.