Ölkə futbolu

“Qarabağ”ın məşqçiləri bu dəfə “Ayaks”da

Con van Leonun rəhbərliyi altında Hollandiyaya yola düşən “Qarabağ”ın aşağı yaş qruplarının məşqçilər korpusu ötən gün “Ayaks” komandasının bazasında olublar.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçiləri onların iş prinsipi ilə yaxından maraqlanıblar.

Məşqçilər Hollandiya çempionatında keçirilən “Ayaks” – “Qroningen” (2:0) oyununu stadiondan canlı izləyiblər.

17 yaşlılardan ibarət komandanın məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhətində problemlər yaranmışdı. Əməliyyatdan sonra vəziyyəti yaxşılaşan çalışdırıcı hazırda ayılıb və yaxşı durumdadı. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Naxçıvanlılar etiraz edir: Sabah bu haqda PFL-ə məlumat verəcəyik

admin

Qurban Qurbanov: “Çempionatımız zəiflədi, səviyyəli legionerlər azaldı”

admin

“Allah rəhmət eləsin” – SORĞU

admin