Kateqoriyasız

“Qarabağ”ın necə çıxış etdiyini yalnız Avropa deyil, bütün dünya görür” – Mario Souza    

“Azərbayacana “Xəzər Lənkəran” kimi də klub lazımdır. Çünki orada möhtəşəm bir şəhər, əla azarkeş kütləsi var”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Mario Souza deyib.

Lənkəran klubunun sabiq braziliyalısı Azərbaycan futbolunu izlədiyini bildirib:

“Vaxt olduqca oyunları izləyirəm. Sizin ölkə haqda daim məlumatlı oluram. Çempionatınızı da izləməyə çalışıram”.

“Sambaçı” “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışından xəbərdar olduğunu bildirib:

“Qarabağ”ın necə çıxış etdiyini yalnız Avropa deyil, bütün dünya görür. Onların möhtəşəm məşqçiləri var. Məncə, “Qarabağ” inkişaf etmək üçün hər şeyə sahibdir. Ancaq komanda istənilən uğuru qazana bilər. Əgər bu heyət qorunsa və əlavə transferlər də olsa, daha da irəli getmək mümkündür. “Qarabağ” ölkəni yaxşı təmsil edir”.

Mario Souza Ağdam klubunun Avropa Liqasındakı qurpdan çıxma şansları haqda da dnaışıb:

“Komanda uzun müddətdir avrokuboklarda çıxış edir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün yaxşı imkanları var. Alınmasa belə, “Qarabağ” üçün daha bir təcrübə olar. Belə şeylər klubun inkişafı üçün çox vacibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43