Kateqoriyasız

“Qarabağ”ın oyunu 3 hissədən ibarət olacaq

“Qarabağ”ın bu gün Polşanın “Visla Krakov” klubu ilə yoxlama oyununun vaxtında dəyişiklik edilib.

Görüş əvvəlcədən qeyd edildiyimi kimi 18:00-da deyil, 15 dəqiqə tez – 17:45-də baş tutacaq. İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

Qeyd edək ki, “Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43