21 Yanvar 2025
Ölkə futbolu

“Qarabağ”ın oyunu slovakiyalı hakimə tapşırıldı

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun oyununun təyinatları bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – FCSB görüşü Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunu FIFA referisi Filip Qlova idarə edəcək. Ona Daniel Polaçek və Peter Bednar kömək göstərəcək. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək. VAR-da Mihal Oçenaş, AVAR-da Martin Dohal əyləşəcək.

 “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43