Bu gün keçiriləcək “Qarabağ” – “Dandolk” matçı üçün satışa çıxarılan biletlərin hamısı satılıb.
Bu barədə İdmanxeber.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.
Klub rəsmisi deyib ki, saat 21:00-da başlayacaq qarşılaşma üçün satışa çəıxarılan biletlərdənb yalnız az sayda VİP sektor üçün qalıb. Bu biletlərin də qiyməti 50 manatdı.
Qeyd edək ki, görüşün keçiriləcəyi “Dalğa Arena” 5700 nəfər azarkeş tutumuna malikdir.