Kateqoriyasız

“Qarabağ”ın oyununda baş verənlər, efirdə görmədikləriniz – VİDEO

Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan “Düdelanj” – “Qarabağ” (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb.

Bu zaman həm meydanda, həm də meydandan kənarda gərgin anlar yaşanıb.

Buna dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının qaldırılması səbəb olub. “Qarabağ”ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər.

Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb. Bu zaman Ağdam klubunun futbolçuları məsələyə müdaxilə edərək azarkeşləri mühafizəçilərin əlindən alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” ilə qrup mərhələsindən də irəli gedə bilərik”

admin

Millimizin sabiq üzvü məcburiyyətdən karyerasını bitirdi

admin

“Buna daha çox sevindim” – Tərlan Əhmədov

admin