20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah iticket.az-da satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43