Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” bununla əlaqədar olaraq, II turda “Rəvan”a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
Yuxarıda göstərilənləri və “Rəvan” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ” – “Rəvan” matçı ilə bağlı dəyişiklik edib. Belə ki, II tur “Rəvan” – “Qarabağ” kimi, ikinci dövrənin X turunun matçı “Qarabağ” – “Rəvan” kimi qeydə alınıb.
Qeyd edək ki, II turun “Rəvan” – “Qarabağ” oyunu “Bayıl Arena”da təşkil olunacaq.