“Ludoqorets” göstərdi ki, yaxşı komandadı. “Qarabağ”ın göstərdiyi performansdan razıyam. Komandamızda iradə var idi. Oyuna biz nəzarət edirdik. Xeyli qol imkanlarımız oldu. Qismət, bəxt… Futboldu… Onları xilas edən qapıçıları oldu”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Ludoqorets”lə matçdan (1:2) sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun rəhbəri komandaya inandığını və Bolqarıstana qələbə üçün gedəcəklərini bildirib:
“Ludoqorets” Bolqarıstan çempionudu. Biz heç bir rəqibi özümüzdən kiçik görmürük. Hələ heç nə bitməyib. Mən də komandayla birgə Bolqarıstanda olacam. Hesab edirəm ki, bir az da diqqətli oynasaq, burdakı oyundan da daha yaxşı çıxış etsək, qələbə ilə qayıda bilərik. Buna inanıram. Biz qələbə qazanmaq üçün səfərə gedəcəyik”.