Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az xəıbər verir ki, saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.
Ağdam klubu I təsnifat mərhələsində Polşa “Lex”ini keçəcəyi təqdirdə, növbəti raundda İsveçrə “Sürix”i ilə qarşılaşacaq.