“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin adı transfer qalmaqalında hallanır.
İdmanxeber.com-un məlumatına görə, bosniyalı qolkiperin bir vaxt şərəfini qoruduğu “Mersin İdman Yurdu” 2011-ci ildə “Jelezniçar”dan (Bosniya və Herseqovina) Şehiçi transfer etdiyi zaman qoliperin təzminatını ödəməyib. Bu barədə Bosniya və Herseqovina klubunun prezidenti Almir Grediç açıqlamasında bildirib.
Klub başçısı bildirib ki, “Mersin İdman Yurdu” onlara borclu olduğu 425 min avronu noyabrın 10-dək ödəmələdir. Əks təqdirdə, Grediç UEFA-nın İntizam Komitəsinə müraciət edəcəklərini və UEFA-nın Türkiyə klubunu cəzalandıracaqlarını bildirib.