Premyer Liqanın 22-ci turunda “Rəvan”la qarşılacaq “Qarabağ” artıq bu oyuna hazırdır.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırlıqlarını tamamlayıb.
Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan komanda bu oyuna ciddi itki ilə çıxacaq. Qara Qarayev vərəqə limitini doldurduğuna görə “Rəvan”la matçı buraxmalı olacaq.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” qarşılaşması sabah baş tutacaq.