İdman

“Qarabağ”ın qurbanları”: “Atletiko” və “Kopenhagen”

Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşacaq “Atletiko” – “Kopenagen” matçı öncəsi İspan mətbuatı maraqlı məqalə hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə, yazı “Qarabağ”ın qurbanlarının kəsişməsi” başlığı altında hazırlanıb. Məqalədə, hər iki komandanın “Qarabağ”a görə Avroliqaya yollandığı vurğulanıb. Nəşr İspaniya klubunun Çempionlar Liqası xəyalının Ağdam təmsilçisi ucbatından suya düşdüyünü qeyd edib. Həmkarlarımız eyni zamanda “Atletiko” və “Kopenhagen”in üzləşdiyi arzuolunmaz vəziyyətə görə “Qarabağ”ı “günahlandırıb” və onları Ağdam klubunun qurbanları adlandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43