Kateqoriyasız

“Qarabağ”ın rəqibi dəyişdi

“Qarabağ”ın Antalya toplanışındakı yoxlama oyunlarının proqramında dəyişiklik edilib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 25-də “Tatran”la keçirilməsi nəzərdə tutulan oyun baş tutmayacaq.

Buna səbəb Slovakiya klubunun Antalya toplanışına gəlməməsidir. Bu səbəbdən “Qarabağ” Çexiyanın “Bohemians” klubu ilə qarşılaşacaq. Həmin gün “Qarabağ” Polşanın “Visla Krakov” klubu ilə də üz-üzə gələcək. “Bohemians”la matç  Bakı vaxtı ilə 12:00-da, “Vilsa Krakov”la oyun isə 18:00-da başlayacaq. “Qarabağ” bu görüşlərdə fərqli heyətlərlə oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” “Dudelanj”la heç-heçə etdi

admin

Millinin xalı artdı, mövqeyi dəyişmədi – FIFA reytinqi

admin

“Qarabağ” “Linfild” səfərindən məğlub dönür – Yenilənib

admin