Ölkə futbolu

“Qarabağ”ın rəqibində ciddi itki

“Qəbələ” Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınan oyunda bu gün “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, “qırmızı-qaralar”ın futbolçusu Emil Səfərov bu görüşdə iştirak edə bilməyəcək. Buna səbəb yarımmüdafiəçinin cəzalı olmasıdır. Səfərov ötən tur “Kəpəz”lə oyunda sarı vərəqə alaraq, cəza limitini doldurub.

Millimizin üzvü ilə yanaşı, zədəli Klesio Baukla Samuel Tetteh də “Qarabağ”a qarşı forma geyinə bilməyəcək.  

“Qəbələ” – “Qarabağ” matçı bu gün saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43