23 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ın rəqibi 85 milyona “yox” dedi

“Bayer” (Leverkuzen) Florian Virtsin yanvarda klubu tərk etməsinə icazə verməyəcək.

İdmanxeber.az “Kicker” nəşrinə əsasən xəbər verir ki, Almaniya klubu “Liverpul”un 85 milyon avroluq təklifini qəbul etməyib.

Formada olan Virts son 4 görüşdə 3 qol və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43