Fransanın “Lion” klubunda maliyyə problemi yaşanır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik yaranmış vəziyyətdən çıxış yolu axtarır. Fransa təmsilçisinin 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərinin bir hissəsi satıla bilər. Rəhbərlik bir neçə futbolçu ilə də yollarını ayırmaq niyyətindədi.
Xatırladaq ki, “Lion” Avropa Liqası Liqa mərhələsində “Qarabağ”ın rəqibidi. Tərəflər arasındakı görüş noyabrın 28-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.